Zaur Həşimov: “Bu qələbə ilə kifayətlənmək olmaz”

Premyer liqanın 14-cü turunda “Zirə” – “Səbail” matçından (4:1) sonra meydan sahiblərinin baş məşqçisi Zaur Həşimovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəkli olmasıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim.

İstəyirəm ki, “Səbail” ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq”.

Həmin kateqoriyadan