Zaur Həşimov: “Qapımıza gedən hər zərbə qolla nəticələnir”

Premyer liqanın 19-cu turun “Zirə” – “Qəbələ” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimov fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis görüşü şərh edib:

“Evdə qələbə qazanıb ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan fürsətlərdən istifadə edə bilmədik.

Daha sonra oyunun gedişatı dəyişdi. Təəssüf ki, bu tur da istəyimizə nail ola bilmədik. Az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda əcnəbi oynatmaq üçün məcburam ki, Orxan Sadıqlını qapıya qoyum”.

Həmin kateqoriyadan