- Baxış sayı: 12
- 23 İyun 2026 11:30
- Baxış sayı: 148
- İyun 23, 2026
- 0

Premyer liqanın 12-ci turunda “Keşlə”yə evdə 3:1 hesabı ilə qalib gələn “Zirə”nin baş məşqçisi Zaur Həşimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük. Qollardan sonra da epizodlarımız oldu. Hesab məni qane edir. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq”.