- Baxış sayı: 13
- 13 May 2025 11:48
- Baxış sayı: 90
- May 12, 2025
- 0
“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.
Allsport.az xəbər verir ki, bu yubiley Azərbaycan premyer liqasının XXXI turuna təsadüf edib.
Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu premyer liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.
Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.
“Zirə”nin premyer liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.