“Zirə” ilə “Səbail”in 6-cı görüşü

“Zirə” Topaz premyer liqasının 10-cu turunda “Səbail”lə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, bu mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək.

Rəqiblərin əvvəlki 4 qarşılaşması ölkə çempionatının ötən mövsümünə təsadüf edib. Həmin matçlar “Zirə”nin üstünlüyü ilə keçib. Üç qələbə qazanıb, bir dəfə heç-heçə edən bu komanda bütün görüşlərdə rəqib qapısına yol tapıb. Bu üstünlük top fərqində də əksini tapıb – 5:2.

“Səbail”in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. “Zirə” həmin görüşdə texniki məğlubiyyət alıb. Samir Abasovun kollektivi 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər 2 komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, “Zirə” və “Səbail” arasında keçirilən oyunlarda 7 qolu yeddi fərqli oyunçu vurub.

Həmin kateqoriyadan