“Zirə”, “Neftçi” və “Sumqayıt”ın məşqçiləri neçə oyunluq cəzalandırılıb?

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 5-ci turu ilə bağlı qərarlar qəbul olunub:

“Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində hər 2 komandanın baş məşqçiləri Samir Abbasov və Roberto Bordin bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən onlar 1 oyun cəzalanıb, klubları 800 manat cərimə olunub.

Mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abbasova 4-cü hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçini cəza gözləyir.

“Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində ev sahibinin futbolçusu Klennon Andre 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanıb, klubu 8000 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” matçının 90+2-ci dəqiqəsində qonaqların futbolçusu Təmkin Xəlilzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

Həmin kateqoriyadan