“Zirə” “Qarabağ”ın rəqibindən futbolçu transfer etdi

“Zirə” “Qarabağ”ın rəqibindən futbolçu transfer etdi

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, Premyer Liqanın debütantı İqor İvanoviçi heyətinə qatıb.

24 yaşlı çernoqoriyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. İvanoviç vətənində “Rudar”ın formasını geyinib. Ötən mövsüm Çernoqoriya çempionluğunu qazanan İqor 13 qolla bombardirlər cədvəlində 2-ci yeri tutub və komandasının aparıcı oyunçularından biri olub. İvanoviç “Rudar”a qədər Serbiyada “OFK Belqrad” klubunun şərəfini qoruyub. Yarımmüdafiəçi 2011-ci ildə Çernoqoriyanın 21 yaşa qədər futbolçulardan ibarət yığma komandasının formasını geyinib.

Qeyd edək ki, İvanoviç bir müddət öncə ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı oyunların iştirakçısı olmuşdu.

Həmin kateqoriyadan