- Baxış sayı: 6
- 24 İyun 2026 21:21
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
“Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyədə davam etdirir. Allsport.az xəbər verir ki, artıq Ərzurum toplanışının 5-ci günü arxada qalıb.
“Qartallar” bu gün səhər və axşam olmaqla iki məşqə çıxıblar. Komanda hər iki məşqdə texniki-taktiki hazırlıq üzərində işləyib.
Sabah “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda rəqib Gürcüstan təmsilçisi “Şukura” olacaq.
Qeyd edək ki, ölkəsinin güclülər dəstəsində çıxış edən “Şukura” son mövsüm 7-ci yeri tutub.