“Zirə” – “Sumqayıt”: 21-ci matç

Bu həftə premyer liqada 12-ci tur keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Zirə” öz meydanında “Sumqayıt”la görüşəcək. Dekabrın 20-də baş tutacaq qarşılaşma 2 rəqib arasında 21-ci olacaq.

Komandalar ilk dəfə 2015/16 mövsümündə üz-üzə gəlib. Bu oyunların yarısında – 10 dəfə qalib gələn “Zirə” 4 heç-heçə edib və 6 dəfə uduzub. Rəqib qapısına 27 qol vuran komandamız 19 top buraxıb.

Həmin kateqoriyadan