“Zirə”də yeni debütantlar

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunu (4:0) üç futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub. Allsport.az xəbər verir ki, bunlar Nemanya Andelkoviç, Ayxan Süleymanlı və Tamerlan Burcəliyevdir.

Bu matçadək bütün turnirlər nəzərə alınmaqla 143 futbolçu “qartallar”ın formasını geyinmişdi. Baş məşqçi Rəşad Sadıqovun şans verdiyi debütantlar bu rəqəmi 146-ya çatdırıblar.

Ayxanla Tamerlan isə klub tarixinin üç ən gənc oyunçusu sırasına daxil olub. 2004-cü il yanvarın 16-da anadan olan Süleymanlının debütü 17 yaş 9 günlüyündə reallaşıb. 2003-cü il yanvarın 27-də anadan olan Burcəliyev isə 17 yaş 11 ay 29 günlüyündə ilk matçına çıxıb. Gənc futbolçular yalnız Cəlal Hüseynovun rekordundan geri qalıb. Sonuncu 16 yaş 11 ay 1 günlüyündə debüt şansı qazanıb. Süleymanlı 2-ci, Burcəliyev 3-cü göstəriciyə imza atıb.

Həmin kateqoriyadan