- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Zirə”nin premyer liqasının 6-cı turunda səfərdə “Sumqayıt”a vurduğu qol (1:2) tarixə düşüb. Allsport.az saytı xəbər verir ki, qonaqlar cəmdə 250-ci dəfə fərqləniblər.
Yubiley qolunu Davit Volkov vurub. Komandanın orta məhsuldarlığı 1,27-yə bərabərdir. 250 topdan 167-si premyer liqa, 55-i 1-ci divizion, 23-ü ölkə kuboku, 5-i Avropa liqasında qeydə alınıb.
“Qartallar” evdə 137, səfərdə 113 dəfə fərqlənib.