“Zirə”dən növbəti qələbə, “Kəpəz”dən xal itkisi

Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında AzAL son dövrlər yaxşı formada olan “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hərəyə bir qol vuran tərəflər bir xalla kifayətləniblər.

Günün digər oyununda isə mövsümün sürpriz komandası, debütant “Zirə” doğma meydanda Samir Abasovun gəlişindən sonra yalnız ötən tur “Neftçi”yə məğlub olmuş “Sumqayıt”ı qəbul edib. Bu görüşdə isə meydan sahibləri çətinliklə də olsa, qələbə qazana biliblər.

Topaz Premyer Liqası
12-ci tur
7 noyabr (şənbə)

AzAL – “Kəpəz” – 1:1 (0:0)
Qollar: J.Ebah, 82 (0:1). T.Novruzov, 88 (1:1).
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Namiq Hüseynov, Ramil Diniyev.
Bakı. “AzAL Arena”.

AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 22. Kamal Mirzəyev, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 11. Ruslan Nəsirli, 5. Kamil Hüseynov, 19. Məhəmməd Bədəlbəyli, 7. Tərlan Xəlilov, 28. Müşfiq Teymurov, 47. Əsgər Hüseynov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 13. Şəhriyar Rəhimov, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 4. Elvin Cəbrayıllı, 90. Julien Ebah.
Baş məşqçi: Şahin Diniyev.

“Zirə” – “Sumqayıt” – 3:2 (1:1)
Qol: C.Hacıyev, 16-öz qapısına (1:0). A.Ramazanov, 45 (1:1). A.Nağıyev, 49 (2:1). N.Qurbanov, 75 (3:1). P.F.Azad, 81 (3:2).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Əsgərov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev, 77. Ruslan Poladov, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Nicat Qurbanov, 8. Tərzin Cahangirov, 6. Hacı Əhmədov, 66. Eduardo Makiel, 70. Mirkamil Həşimli, 14. Tellur Mütəllimov.
Baş məşqçi: Adil Şükürov.
“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nuran Qurbanov, 9. Mirzağa Hüseynpur, 18. Aleksandr Çertoqanov, 27. İsmayıl Babayev.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: 8 noyabr (16:00. “Xəzər Lənkəran” – “Qarabağ”, 18:00. “Neftçi” – “Rəvan”). 9 noyabr (16:00. “Qəbələ” – “İnter”).

Bombardirlər:
5 – Riçard Almeyda (“Qarabağ”).
4 – Aleksey Qay (“Qəbələ”), Aleksey Antonov (“Qəbələ”), Samuel Armenteros (“Qarabağ”), Junior Osvaldo (“Kəpəz”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”).

Həmin kateqoriyadan