“Zirə”dən yubiley qələbəsi

“Zirə” ölkə çempioatının cari mövsümündə ilk qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, 7-ci turun “Qəbələ” ilə matçında 1:0 hesabı ilə qalib gələn “qartallar”, bununla yubiley qələbəsini bayram edib. Qəsəbə klubu premyer liqada 40-cı dəfə 3 xala sevinib.

Bunadək “Zirə”nin hesabında 39 qələbə var idi. “Qartallar” 2015/16 mövsümündə 17 qarşılaşmada qalib gəlmişdi. Sonrakı mövsümdə 10 dəfə 3 xal qazanan komanda 2017/18 mövsümündə 12 dəfə uğur qazanıb.
“Zirə” evdə daha çox qələbə əldə edib. Öz meydanında 26-cı uğurunu qeyd edən komanda səfərdə 14 dəfə 3 xal qazanıb.

Qeyd edək ki, komanda ilk qələbəsini 2015-ci il avqustun 9-da AzAL ilə ev oyununda rəsmiləşdirib – 1:0.

Həmin kateqoriyadan