- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

İntizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, premyer liqanın 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt”ın 4 futbolçusu “Zirə” ilə matçda sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Zirə”nin 6 futbolçusu “Sumqayıt”la oyunda sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Zirə”nin futbolçusu İlkin Muradov oyunda ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;
“Qartallar”ın hücumçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.