“Zirə”nin dəyişməyən bombardiri

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan premyer liqa “Zirə”nin ən məhsuldar futbolçuları siyahısında lider dəyişikliyinə səbəb olmayıb. Allsport.az xəbər verir ki, ölkə çempionatının yüksək dəstəsində “qartallar”ın ən yaxşı bombardiri olan Nelson Bonilya 14 qolla mövqeyini qoruyur.

2-ci sıradakı Riçard Qadzenin yeri dəyişməz qalsa da, cari mövsümdəki 3 qolla salvadorlunun bir addımlığınadək irəliləyib.

Qış fasiləsində komandadan ayrılan Xulio Sezar Rodriges liderdən 2, Riçarddan 1 top geridədir.

Həmin kateqoriyadan