“Neftçi”nin yeni italiyalı həkimi futbolçuları tibbi baxışdan keçirir

Yanvarın 13-də Antalya təlim-məşq toplanışına başlayan “Neftçi” tibbi baxışdan keçirlər. Allsport.az saytı xəbər verir ki, bunu futbolçuları tibbi baxışdan keçirmək üçün düşərgəyə xüsusi olaraq dəvət edilmiş osteopat, fizioterapevt Rikardo Kontiqliani yerinə yetirir. 

49 yaşlı italiyalı həkim daha bir neçə gün futbolçuları müayinə edərək, öz sahəsinə aid olan spesifik manipulyasiyaları onlara tətbiq edəcək. Baş məşqçi Roberto Bordinin çalışdırdığı “Ellas Verona” (İtaliya) və “Şerif” (Moldova) klubları ilə əməkdaşlıq etmiş Rikardo Kontiqlianinin sonuncu iş yeri “Latsio” olub.

O, Roma təmsilçisində 3 il çalışıb. Bu sahədə 20 ildən çox təcrübəsi olan mütəxəssis bir çox tanınmış idmançıları da müayinə edib.

Həmin kateqoriyadan