“Zirə”nin göstəricisi

Premyer liqada mövsümün ilk yarısında “Zirə”nin 20 futbolçusu meydana çıxıb.

Allsport.az xəbər verir ki, Elvin Camalovla Cavid Hüseynov hamıdan çox – hərəyə 13 oyun keçirib. Elvin dəqiqə baxımından meydanda ən çox vaxt keçirən futbolçudur. Əcnəbilər arasında Alvaro Ampuero daha çox – 12 matçda şans qazanıb. 20 oyunçudan 16-sı qarşılaşmaların yarıdan çoxunda – ən azı 8 görüşdə meydana çıxıb. Bu futbolçulardan 11-i əcnəbi, 9-u yerli futbolçudur.

Nicat SüleymanovXulio Sezar Rodriges hamıdan çox – 4 dəfə qol vurub. Cavid Hüseynovla Riçard Qadzenin hesabında 2 top var.

Həmin kateqoriyadan