- Baxış sayı: 43
- 23 İyun 2026 15:47
- Baxış sayı: 221
- İyun 23, 2026
- 0

“Zirə”dən ayrılıb, Malayziyanın “Melaka Yunayted” klubuna keçən Soni Norde yeni komandasında uğurlu debüt edib.
Allsport.az xəbər verir ki, haitili hücumçu “Negeri Sembilan” ilə yoxlama matçının 5, 55 və 60-cı dəqiqələrində qollar vurub. Qarşılaşma “Melaka Yunayted”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Norde 2019-cu ilin yayında “Zirə”yə keçmişdi. Qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.