“Zirə”nin şəhid futbolçusu da ödülləndirildi

Prezident İlham Əliyev “Azərbaycan respublikası silahlı qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi” haqqında sərəncam imzalayıb.

Allsport.az saytı xəbər verir ki, “Zirə”nin şəhid futbolçusu İlqar Bürcəliyev də “Vətən uğrunda” medalı ilə təltif edilib.

“Zirə”nin U-17 komandasının sabiq üzvü sentyabrın 27-də, Vətən müharibəsinin başladığı ilk gündə, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev əsas komandada çıxış edir.

Həmin kateqoriyadan