“Zirə” Türkiyə toplanışını davam etdirir

“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir. Allsport.az xəbər verir ki, komanda hazırlığın 2-ci günündə öncəki gündən fərqli məşq keçib.

İlk məşqdən öncə baş məşqçi Adil Şükürov futbolçuları Ramazan bayramı münasibəti ilə təbrik edib. Bundan sonra açıq havada isinmə hərəkətləri edən “qartallar” ardından fitnes zalına keçiblər. Futbolçular ümumi güc üzərində çalışıblar.

2-ci məşq isə stadionda baş tutub. Gərgin fiziki məşqin ardından futbolçular toplu çalışmalarla kifayətləniblər.

Həmin kateqoriyadan