FOTO
“Zirə”yə yeni futbolçu qoşuldu, planları dəyişdi

“Zirə”nin Türkiyədəki təlim-məşq toplanışı davam edir. Allsport.az xəbər verir ki, komanda artıq 3 gündür hazırlığın 2-ci mərhələsi üçün Ərzurumdadır.

Dəniz səviyyəsindən 2300 metr hündürlükdə məskünlaşan “Zirə” toplanışın 3-cü günündə də iki dəfə məşq edib. Səhər məşqində “qartallar” ümumi dözümlülük üzərində çalışıblar. Axşam məşqində isə proqrama güc dözümlülüyü və sürət salınıb. Axşam məşqində həmçinin düşərgəyə yeni qatılan komandanın yeni transferi Nicat Qurbanov da iştirak edib.

Bu arada “Zirə”nin yoxlama oyunları ilə bağlı planında dəyişiklik var. Belə ki, Ramazan bayramı ilə əlaqədar Türkiyə klubları istirahətə yollandığından ilk oyun iyulun 22-də baş tutacaq. Yoxlama oyunu üçün rəqibin kimliyinə isə bu gün aydınlıq gələcək.

Həmin kateqoriyadan