Zubir “Panatinaikos”un hədəfində

“Qarabağ”ın futbolçusu Abdullah Zubir karyerasını Yunanıstanın “Panatinaikos” klubunda davam etdirə bilər. Allsport.az newspao.gr saytına istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi daha səviyyəli çemppionatda oynamağa hazırdır.

Zubirin yayda azad agent olacağı üçün daha sərfəli müqaviləni nəzərdən keçirəcəyi xəbərdə qeyd edilib. Afina təmsilçisinin futbolçuya təklif yollayacağı gözlənilir.

Mərakeşli oyunçu 2018-ci ildə “Lans”dan Ağdam klubuna keçib. O, “Qarabağ”da 35 oyun keçirib, 12 assist edib, 7 qol vurub.

Həmin kateqoriyadan