Rostislav Pevtsov Koreyada 2-ci olub

Triatlon millimizin aparıcı Rostislav Pevtsov Koreya Respublikasının Tongyong şəhərində təşkil olunan sprint üzrə dünya kubokunda gümüş medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, 750 metrlik su məsafəsini 8 dəqiqə 36 saniyəyə başa vurub.

Ardınca, 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 5 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 km-lik qaçış zolağını idmançımız 15 dəqiqə 7 saniyəlik nəticə ilə başa vurub.

Ümumi hesabda təmsilçimiz 52 dəqiqə 2 saniyə vaxt göstəricisi ilə turnirin gümüş medalına sahib olub.

Həmin kateqoriyadan