“İronman”da yeni rekord

İtaliyanın Emiliya-Romanya şəhərində «İronman» status turnir triatlonu üçün tarixi nəticə ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, yarışda 14 idmançımız iştirak edib. Onlardan ən yaxşı nəticəni «Triterra» klubunun təmsilçisi Teymur Fərəcov göstərib.

O, “dəmir məsafəni” Azərbaycan triatlonçuları üçün rekord müddətdə qət edib. Fərəcov finişə çatmaq üçün 10 saat 12 dəqiqə 8 saniyə vaxt sərf edib. Bu, yeni nailiyyətdir.

Texniki nəticələrə gəlincə, Teymur 40-44 yaş kateqoriyasında 87-ci yeri tutub.

Yarış çətin şəraitdə keçirilib. Əlverişsiz hava ilə əlaqədar təşkilatçılar startı bir gün təxirə salmağa məcbur olublar.

Həmin kateqoriyadan