- Baxış sayı: 72
- 03 Dekabr 2024 17:24
- Baxış sayı: 121
- Fevral 09, 2025
- 0
Triatlonçumuz Rostislav Pevtsov Norveçin Bergen şəhərində dünya kubokunda 17-cı olub. Allsport.az saytı xəbər verir ki, o, 65 həmkarının mübarizə apardığı yarışı 57 dəqiqə 05 saniyə nəticə ilə başa vurub.
750-metrlik su məsafəsini 8 dəqiqə 51 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik veloməsafəni 32 dəqiqə 03 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi, 5-kilometrlik qaçış zolağını 15 dəqiqə 01 saniyəyə tamamlayıb.