- Baxış sayı: 83
- 06 Sentyabr 2026 13:11
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşada super sprint üzrə Avropa çempionatında 7-ci yeri tutub. Allsport.az saytı xəbər verir ki, final mərhələsində təmsilçimiz 71 idmançının mübarizə apardığı yarışı 23 dəqiqə 38 saniyəlik nəticə ilə başa vurub.
O, 300 metrlik su məsafəsini 3 dəqiqə 39 saniyəyə qət edib. Ardınca 8 kilometrlik velodistansiyanı 12 dəqiqə 33 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 2 kilometrlik qaçış zolağını 5 dəqiqə 47 saniyə nəticə ilə tamamlayıb.