- Baxış sayı: 60
- 21 Mart 2024 17:51
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Pirallahıda duatlon turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 44 iştirakçı olub. Son zamanlar bu ada triatlonçuların sevimli məkanlarından birinə çevrilib. Payızda burada digər yarış təşkil edilib.
Duatlonun özü 3 mərhələdən ibarət idi. İdmançılar əvvəlcə 5 km qaçmalı, sonra velosipedlə 20 kilometr məsafə qət etməli, finiş xəttinə isə 2,5 km qaçmalı odublar.
Kişilərdə Dinçar İlmaz qalib gəlib. Teymur Fərəcov finişə 2-ci, Renat Baxışov 3-cü çatıb. Qadınlarda ilk 3 sıranı müvafiq olaraq, Rəbiyyə Orucova, Marina Belan və Ayan Nəcəf tutublar.
Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib. Turnir həm fərdi həm də estafet formatında baş tutub.