“İronman”da 14 triatlonçu

Sabah İtaliyanın Emilia-Romanya şəhərində triatlon üzrə “İronman” beynəlxalq yarışı start götürəcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda bizdən 14 idmançı qatılacaq.

Onların arasında “Triterra” klubunun üzvləri Fəxri Əkbərov, Fərid Fərhadzadə, İzzət Nəfiyev, Kamil Əliyev, Teymur Fərəcov, Adılya Süleymanova, Rəbiyyə Orucova, Marina Belan və Bəhruz Nağıyev. Turnirdə klubun məşqçisi Aleksandr Mordasov da mübarizə aparacaq.

Onlardan başqa, Apennində Səbuhi Səfərov, Aleksandr Parxomovski, Altun Novruzov və Ülvi Aslanzadə çıxış edəcəklər.

Həmin kateqoriyadan