Fərid Qayıbov ölkəmizin ilk “dəmir qadın”ını qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov ilk azərbaycanlı “dəmir qadın” adını qazanan Rəbiyyə Orucovanı qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, Cənubi Afrikanın Port Elizabet şəhərində keçirilən «İsuzu İronman» turnirində uğurla çıxış edərək, bu titulu qazanıb. “Triterra Baku Triatlon Klubu”nun nümayəndəsi 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla, tam “dəmir məsafəni” 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib.

İdmançımız yarışın velosiped mərhələsində qəzaya uğrasa da, əsl iradə nümayiş etdirərək mübarizəni davam etdirib və finişə çatıb. Rəbiyyənin çıxışı ilə maraqlanan nazir, onu uğuru münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.

Öz növbəsində, Rəbiyyə Orucova ölkəmizdə idmançılar üçün yaradılmış şəraitə, kütləviliyin diqqət mərkəzində saxlanılmasına görə dövlətimizin başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Həmin kateqoriyadan