Ölkəmizdə ilk şaquli qaçışın qalibləri bilinib

Bakıda ilk şaquli qaçış keçirilib. Allsport.az saytı xəbər verir ki, hündürmərtəbəli tikililəri əhatə edən bu idman növündə yarışlar əsasən göydələnlərin daxili pilləkənlərində olur. “Çinar plaza”da təşkil olunan sınaqda 23 nəfər çıxış edib.

Onlar 32 mərtəbə, 660 pilləkənlə 122 metr yüksəkliyə qalxıblar. Kişilərdə Cəlal Süleymanov (3 dəqiqə 52 saniyə) qalib gəlib. Denis Karçaşkin 2-ci (4.40), Aleksandr Dorofeyev (5.05) 3-cü yer tutublar.

Qadınların mübarizəsində ilk 3 yerə müvafiq olaraq, Marina Belan (5.29) Rəbiyyə Orucova (5.43), Natalya Mordasova (6.40) yiyələniblər.

Qaliblərin mükafatlandırılmasındə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Həmin kateqoriyadan