Rostislav Pevtsov mövsümə uğurla başlayıb

Triatlon yığmasının üzvü Rostislav Pevtsov mövsümün ilk yarışında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, “Bicis Pina” komandasının heyətində İspaniya çempionatının duatlon yarışlarında uğurla çıxış edərək qalib olub. Turnir superspint formatında təşkil olunub.

La Nusiyada bu günlərdə Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinin konfransında iştirak edən ATF-in rəhbəri Elçin Əliyev, idmançımız və millinin baş məşqçisi Sergey Yatsenko ilə görüşüb, mövsümə hazırlıq və idmançının iştirak edəcəyi turnirlərdən danışıb, onun sentyabrın sonunda keçirilməsi planlaşdırılan Azərbaycan çempionatında iştirakının mümkünlüyünü müzakirə edib.

Həmin kateqoriyadan