- Baxış sayı: 15
- 23 Sentyabr 2026 22:53
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Qəbələ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 17-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Tural Məmmərzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
AzAL – “Qarabağ” matçının 82-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Elçin Rəhimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.