- Baxış sayı: 161
- 04 Sentyabr 2026 17:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Bu gün Bakıda “Alufar İronman 70.3 Baku” triatlon yarışı keçirilib.
Allsport.az xəbər verir ki, finiş xəttini ilk olaraq ABŞ-ni təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matey Yukiç göstərib – 04:01:20.
Azərbaycan idmançıları arasında isə finiş xəttini ilk keçən Teymur Fərəcov (40-44 yaş) olub – 04:36:10.
Yarışın qalibləri sırasında üç Azərbaycan təmsilçisi olub: Leyla Abdulazizova (18-24 yaş kateqoriyası) və Natalya Vallek (50-54 yaş) qadınlar arasında, Anatoli Afonenko (75-79 yaş) isə kişilər arasında. Mükafatçılar sırasında Tural Atakişiyev də yer alıb. O, öz yaş kateqoriyasında (18-24 yaş) finişə ikinci çatıb.
Yarışda həmçinin Azərbaycan triatlon federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib və məsafəni uğurla başa vurub. Kişilər arasında estafet yarışında Azərbaycanı təmsil edən “Team metak” (AlfaTriClub), qarışıq estafetdə isə “Team turan team” ikinci yer tutublar.
“İronman 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilib. Həmçinin tədbir çərçivəsində estafet yarışı da keçirilib. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunan yarışda ümumilikdə 47 komanda mübarizə aparıb.
Gərgin mübarizənin yekununda kateqoriyalar üzrə qaliblər aşağıdakı kimi müəyyənləşib:
18–24 (kişilər)
18–24 (qadınlar)
25–29 (kişilər)
25–29 (qadınlar)
30–34 (kişilər)
30–34 (qadınlar)
35–39 (kişilər)
35–39 (qadınlar)
40–44 (kişilər)
40–44 (qadınlar)
45–49 (kişilər)
45–49 (qadınlar)
50–54 (kişilər)
50–54 (qadınlar)
55–59 (kişilər)
55–59 (qadınlar)
60–64 (kişilər)
65–69 (kişilər)
65–69 (qadınlar)
70–74 (kişilər)
75–79 (kişilər)
80-84 (kişilər)
Həmçinin, ümumilikdə 47 komandanın iştirak etdiyi estafet yarışlarında da müxtəlif kateqoriyalar üzrə qaliblər bəlli olub.
Qadın estafet:
Kişi estafet:
Qarışıq estafet:
“Alufar İronman 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “İronman 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanıblar.
Xatırladaq ki, “Alufar İronman 70.3 Baku” yarışlarında dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib. Turnir 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edir.