“Fəhmin Muradbəylinin zədə aldığı epizodda penalti var idi”

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunda Fəhmin Muradbəylinin ağız zədə aldığı epizodu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Məncə, Fəhminin zədə aldığı epizodda penalti var idi. Çünki belə vəziyyətdə rəqib futbolçu qayda pozuntusu edib, həmkarına xəsarət yetirib. Bu barədə dəqiq fikri videotəkrara baxdıqdan sonra demək mümkündür. Qaldı ki, həmin qərara veriləcək qiymətə, bunun üçün aidiyyatı qurumlar var”.

Həmin kateqoriyadan