“1-ci hissədə yaxşı oynadıq”

“1-ci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan etdi və ardıcıl 2 qol vurduq, hesabda üstünlük qazandıq. Passivimizdə cərimələrimiz çox idi. Buna görə oyunçulara tempi aşağı salmalarını tapşırdım”.

Allsport.az saytı xəbər verir ki, bu sözü futzal milllisin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının final mərhələsində bu gün Gürcüstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
 
“Fasilədə oyunçularıma səliqəli oynayın, səhvə yol verməyin və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını bildirdim. Düşünürəm ki, 2-ci hissəyə çox sakit başladıq. Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu. Rəqibimiz də yaxşı oynadı” – deyə o əlavə edib.

Həmin kateqoriyadan