Mübarizəni dayandırdı

Mübarizəni dayandırdı

“Araz-Naxçıvan” klubu futzal üzrə UEFA çempionlar liqasının cari mövsümündə mübarizəni dayandırıb.

Allsport.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin V qrupunda son matçını Polşanın “Piast” komandasına qarşı keçirib.

Polşanın Qlivise şəhərindəki “Prezero arena”da baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan çempionu qrupu 3 xalla başa vurub.

İlk görüşdə Macarıstanın “Uypeşt” komandasına 5:4 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” II turda Bosniya və Hersoqovina təmsilçisi “Buba Mara”ya uduzub – 3:5.

Həmin kateqoriyadan