Bosniya və Hersoqovina klubuna uduzdu

Bosniya və Hersoqovina klubuna uduzdu

“Araz-Naxçıvan” futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələsində ikinci matçını keçirib.

Allsport.az xəbər verir ki, turnirin əsas mərhələsinin II turunda Bosniya və Hersoqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.

Polşanın Qlivise şəhərindəki “Prezero arena”da baş tutan qarşılaşmada Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.

“Araz-Naxçıvan” yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi “Piast”a qarşı keçirəcək.

Həmin kateqoriyadan