100-cü sülh

“Sumqayıt” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini edib.

Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XVII turuna təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi “Kəpəz”lə səfər görüşündə 1:1 hesablı bərabərliyə imza atıb. Sumqayıtlılar premyer liqada 100 və daha çox heç-heçə edən 10-cu komandadır.

Samir Abasovun komandası 2011/12 mövsümündən premyer liqada çıxış edir.

Qeyd edək ki, “kimyaçılar”ın ilk heç-heçəsi 2011-ci sentyabrın 11-də “Qarabağ”la ev matçına təsadüf edib – 0:0.

Həmin kateqoriyadan