- Baxış sayı: 17
- 29 Oktyabr 2026 12:44
- Baxış sayı: 93
- Oktyabr 25, 2026
- 0

“Barselona” İspaniya millisinin üzvü Fermin Lopeslə bağlı transfer təkliflərini nəzərdən keçirir.
Apasport.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçini satmağı planlaşdırmır.
Lakin maliyyə problemləri səbəbindən təxminən 100 milyon avroluq təklif qarşılığında futbolçu ilə yollarını ayıra bilər. İspaniyalı oyunçu ilə “Çelsi” və PSJ maraqlanır. Paris təmsilçisinin rəsmi təklif hazırladığı bildirilir.
Fermin Lopes 2025-ci ilin yayında “Çelsi”yə keçmək variantını rədd edərək “Barselona”da qalmağa qərar verib. O, 2026-cı ilin fevralında Kataloniya klubu ilə 2031-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.
2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edən yarımmüdafiəçi 148 oyunda 37 qol vurub və 32 məhsuldar ötürmə edib.