- Baxış sayı: 7
- 29 Oktyabr 2026 12:58
- Baxış sayı: 93
- Oktyabr 25, 2026
- 0

“Landau Lions” basketbol komandası FİBA Avropa kubokunda Türkiyənin “Denizli Basket” kollektivinə qalib gəlib.
Allsport.az xəbər verir ki, təmsilimiz “G” qrupunun IV turunun oyununda 94:86 hesablı qələbəyə sevinib.
Qarşılaşma Bakı idman sarayında keçirilib.
Xatırladaq ki, “Landau Lions” əvvəlki üç görüşün hamısında məğlub olub. Ərxan Tökərin baş məşqçisi olduğu komanda Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105), Slovakiyanın “Prievidza” klubuna (84:108) uduzub.