Lebronun nəticəsini təkrarladı

Lebronun nəticəsini təkrarladı

NBA-də 2026/2027 mövsümünün müntəzəm çempionatında növbəti oyun keçirilib.

Allsport.az xəbər verir ki, “Qolden Steyt Uorriorz” səfərdə “Minnesota Timbervulvz”u 119:114 hesabı ilə məğlub edib.

Qonaqların lideri Stiven Karri qələbədə böyük pay sahibi olub. 32 dəqiqə meydanda olan basketbolçu 44 xal toplayıb, 8 götürmə və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2 dəfə top ələ keçirib və 27 atışdan 11-ni dəqiq yerinə yetirib.

Karri 35 yaşını tamamladıqdan sonra ən azı 40 xal topladığı oyunların sayını 15-ə çatdırıb. Bu göstəricidə o, “Filadelfiya Siksers”in hücumçusu Lebron Ceymslə eyni nəticəyə malikdir. Onlardan daha çox belə oyuna yalnız Maykl Cordan imza atıb – 12 dəfə.

“Qolden Steyt” mövsümün əvvəlində 2 qələbə qazanıb və 3 dəfə məğlub olub.

Həmin kateqoriyadan