1/4 finalın son iki iştirakçısı bəlli olur

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulur. Allsport.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Öncə “Qəbələ” birinci divizion klubu “Mil-Muğan”ı qəbul edəcək.

1/8 final mərhələsinə “Rəvan” – “Bakı” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Kuboku
1/8 final
3 dekabr (cümə axşamı)

17:00. “Qəbələ” – “Mil-Muğan”
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu.

20:00. “Rəvan” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
Bakı. “Bayıl Arena”.

Ötən gün baş tutan oyunların nəticələri: “Turan Tovuz” – “İnter” 1:3, “Neftçala” – “Sumqayıt” 0:1, AzAL – “Zirə” 1:2, “Xəzər Lənkəran” – “Kəpəz” 1:0, “Neftçi” – “Qaradağ-Lökbatan” 8:0, “Qarabağ” – “Şəmkir” 2:0.

Həmin kateqoriyadan