- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


İngiltərə premyer liqasının 22-ci turunun matçında “Nyukasl” səfərdə “Aston Villa”ya 3:1 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, “aslanlar” premyer liqada “Villa Park”da 2023-cü il fevralın 18-də evdə “Arsenal”a uduzduğundan (2:4) sonra ilk dəfə məğlub olub.
Beləliklə, Unai Emerinin komandasının 17 matçlıq evdəki məğlubiyyətsizlik zolağı (16 qələbə və 1 heç-heçə) başa çatıb.