- Baxış sayı: 54
- 30 Oktyabr 2026 23:55
- Baxış sayı: 178
- Oktyabr 25, 2026
- 0

“Barselona” klubun fəal azarkeşlərinin yerləşdiyi “Qol 1957” sektorunun fəaliyyətini müvəqqəti dayandırıb.
Allsport.az xəbər verir ki, bu səbəbdən fanklub nümayəndələri oktyabrın 31-də la liqanın XI turunda “Alaves”lə keçiriləcək ev oyununu tribunadan izləyə bilməyəcəklər.
Klub qərarın bəzi azarkeşlərin idman prinsiplərinə zidd davranışları ilə bağlı intizam araşdırmalarından qaynaqlandığını bildirib. Kataloniya təmsilçisi sektorun nümayəndələri ilə görüşərək davranış qaydaları və gələcək öhdəlikləri müzakirə edəcək.
“Barselona” ümid edir ki, “Qol 1957” sektoru “Aston Villa” ilə çempionlar liqası matçında fəaliyyətini bərpa edəcək. Bunun üçün azarkeşlərlə razılıq əldə olunmalıdır.