- Baxış sayı: 47
- 02 Noyabr 2026 00:00
- Baxış sayı: 254
- Oktyabr 25, 2026
- 0

Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləş üzrə 57, 74, 79 və 92 kq-da medalçılar müəyyənləşib.
İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya yüksəlib. Güləşçimiz əvvəlcə kosovolu Eqzon Xonini 7:0 hesabıyla, ardınca isə tacikistanlı Viktor Rassadini xalların keyfiyyətinə görə (2:2) üstələyib. Lakin bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyagiylə bacarmayıb – 0:11.
Cəbrayıl Hacıyev (79 kq) üçüncü yer uğrunda qarşılaşmada Belarusun olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabla uduzub.
Ali Tsokayev (92 kq) debüt etdiyi dünya çempionatını bürünc medalla başa vurub. Güləşçimiz iranlı dünya mükafatçısı Əmirhüseyn Firuzpurbəndbəyə 6:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.