18-ci turun oyun cədvəli və hakim təyinatları bəlli oldu

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 18-ci turun oyun cədvəli və təyinatları müəyyənləşib. Allsport.az sizi növbəti turun proqramı və bütün təyinatları ilə tanış edir.

Əvəzedicilərin çempionatı
18-ci tur
18 dekabr (cümə)

“Sumqayıt” – “Rəvan”
Hakimlər: Sərxan İsmayılov, Ruslan Babayev, Rasim Əhmədov, Rəşad Aydınov.
Hakim-inspektor: Arif Ağayev.
Sumqayıt. “Kapital Bank Arena”, 13:00.

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Elvin Ağayev, Emil Müsadiq.
Hakim-inspektor: Salman Vəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 14:30.

19 dekabr (şənbə)

“İnter” – “Xəzər Lənkəran”
Hakim-inspektor: Feyzulla Feyzullayev, Eyyub İbrahimov, Murad Kərimov, Venera Kahriç.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Bakı. “İnter Arena”, 13:00.

AzAL – “Zirə”
Hakimlər: Camaləddin Hacıyev, Hüseyn Əsgərov, Qəzənfər Abbasov, Anar Fərəcov.
Hakim-inspektor: Sahib Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Kəpəz” – “Neftçi”
Hakimlər: Emin Nağıbəyov, Elxan Əsgərzadə, Ramil Namazov, Rəşad Əhmədov.
Hakim-inspektor: Rufulla Kərimov.
Yevlax şəhər stadionu, 14:00.

Həmin kateqoriyadan