2-ci Vətən müharibəsi qəhrəmanlarının şərəfinə badminton üzrə Xətai rayon açıq birinciliyi

Xətai rayon 260 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclər arasında 2-ci Vətən müharibəsi qəhrəmanlarının şərəfinə açıq birinciliyi keçirilib.

Allsport.az saytı xəbər verir ki, açılışda Yeni Azərbaycan partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, icra hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Azərbaycan badminton federasiyasının idarə heyətinin sədr müavinləri Aynur SəmədovaEmin Maqsudov, federasiyanın idarə heyətinin üzvü Mirzə Orucov iştirak ediblər.

260 nömrəli tam orta məktəbin komandası 1-ci, 254 nömrəli tam orta məktəb 2-ci və 48 nömrəli tam orta məktəb 3-cü yer tutublar. Fərqlənənlərə diplom, kubok və medallarla təltif olunublar.

Həmin kateqoriyadan