- Baxış sayı: 93
- 21 May 2026 20:30
- Baxış sayı: 120
- İyun 25, 2026
- 0

Bu gün oyun öncəsi rəsmi məşqdə iştirak etmək üçün milli üzvlərindən COVİD-19 anticism analizləri götürülüb. Allsport.az saytı xəbər verir ki, komandanın 2 üzvünün – Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub.
Hər 2 futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah – yanvarın 22-də, səhər saatlarında açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər 2 oyunçu Gürcüstanla oyunda iştirak edə biləcək. Onlar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.
Niderland krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.