3 itki ilə meydana çıxacaq

3 itki ilə meydana çıxacaq

İspaniyanın “Barselona” klubu UEFA çempionlar liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə keçiriləcək oyun öncəsi heyət problemi ilə üzləşib.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçiləri Andreas Kristensen, Erik Qarsiya və Jül Kunde qarşılaşmada iştirak edə bilməyəcəklər.

Erik Qarsiya bud nahiyəsindən aldığı zədə səbəbindən təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Jül Kunde isə topuq nahiyəsindəki zədə səbəbindən Paris təmsilçisinə qarşı oynaya bilməyəcək.

Gerard Martin də “Betis”lə görüşdə aldığı zərbədən sonra fasilədə əvəzlənib. Lakin son məlumatlara görə, onun PSJ ilə oyun üçün heyətə daxil edilməsi təsdiqlənib.

PSJ – “Barselona” qarşılaşması oktyabrın 20-də Parisdə keçiriləcək.

Həmin kateqoriyadan