- Baxış sayı: 5
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

“Beşiktaş”ın baş məşqçisi Vinçenso İtaliano Avropa liqasında “Hoffenhaym”a qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Turnirlə bağlı böyük hədəflərimiz var. İlk “8-lik”də olmasaq da, 24 komanda arasına düşəcəyik. Buna söz verirəm. Əminəm ki, Avropa liqasında yaxşı işlər görəcəyik”.
“Beşiktaş” 2 turdan sonra 6 xalla 4-cü sıradadır.